"Keşlə" heyətini sabiq futbolçusu ilə gücləndirir.
Söhbət hamımıza tanış sima Sadio Tounkaradan gedir. Bu barədə "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov məlumat verib. Onun sözlərinə görə hazırda təcrübəli futbolçu ilə danışıqlar davam etdirilir. Əgər maliyyə məsələsində razılıq əldə olunsa o, yenidən “Keşlə”nin uğurları üçün çalışacaq. Qeyd edək ki, malili futbolçu ölkəmizdəki ən yaxşı günlərini "Xəzər Lənkəran"da keçirib. "Xəzər Lənkəran"dan başqa ölkəmizdə AZAL, "Zirə" klublarında çıxış etmiş Sadio Tounkara Kiprdə "EN Paralimniou" və Estoniyada "Narva Trans"ın şərəfini qoruyub. Transfer rəsmiləşsə, bu, Tounkaranın "Keşlə" klubuna üçüncü dönüşü olacaq. O, müxtəlif illərdə iki dəfə paytaxt təmsilçisinin formasını geyinib.